ÖZ XƏBƏR

Xətai Tibbi Mərkəzi dəftərxana və təsərrüfat mallarına 30 min manat xərcləyəcək

“M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” publik hüquqi şəxsi dəftərxana və təsərrüfat mallarının satın alınması üçün tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 29.829,07 AZN, yəni təxminən 30 min manat təşkil edir.

Tender çərçivəsində mərkəz ofis və təsərrüfat üçün lazım olan bütün ləvazimatları əldə etməyi planlaşdırır. Satınalma yalnız bir dəst malların təmin olunmasını nəzərdə tutur və təchizatçıların təqdim etdiyi təkliflər qiymətləndiriləcək.

Ayaz

Oxşar Xəbərlər