ÖZ XƏBƏR
"Azərenerji" 300 minlik müqavilə bağlayır
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti Laçın və Kəlbəcər rayonlarında yerləşən KSES-lərin enerjisistemə inteqrasiyası işlərinin satınalınması üçün tender elan edib.
32gun.az-ın məlumatına görə, bu işlərin 300.539,71 AZN-lik müqavilə ilə “Enerji Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilməsi gözlənilir.
Xatırladaq ki, “Azərenerji”nin prezidenti Baba Rzayevdir.
Ayaz