DÜNYA

Sevdiyi qıza evlilik təklif etdi, ailəsi gözlərini qaşıqla çıxardı

Sevdiyi qız ilə evlənmək istəyən gənc oğlan heç gözləmədiyi reaksiya ilə qarşılaşıb.

32gun.az Minval.İnfo-ya istinadən xəbər verir ki, Pakistanda yaşayan 22 yaşlı Abdul Baqi sevdiyi qıza evlilik təklifi edib. Xəbər tez bir zamanda ailəsinə çatıb.

Gəncin atası 70 yaşlı Dost Məhəmməd  və 4 qardaşı gənci bir otağa salaraq qaşıqla gözlərini çıxarıblar. Hətta ailə ananın işə qarışmaması üçün onu ayrıca bir otaqda kilidli saxlayıblar.

Gənc oğlan hadisəni belə xatırlayır: “Atam ilk olaraq mənimlə razılaşdı, lakin 3 saat sonra qardaşlarımla birlikdə atam məni bir otağa apardı və orada gözlərimi çıxarmağa başladılar” - o deyib.

Oxşar Xəbərlər