DÜNYA ÖZ XƏBƏR

ABŞ Konqresi şahzadə Endrüdan Epşteyn işi ilə bağlı ifadə tələb edir

 ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar, Böyük Britaniya kralı III Karlın qardaşı, aristokrat titullarından məhrum edilən şahzadə Endrüdən maliyyəçi və pedofil Ceffri Epşteyn işi üzrə ifadə verməsini istəyiblər.

32gun.az bildirir ki, bu barədə The Washington Post məlumat yayıb.

Məlumata görə, komitənin aparıcı demokrat üzvü Robert Qarsiya, şahzadə Endrünün Konqres qarşısında rəsmi qaydada ifadə verməsini tələb edib. Onun sözlərinə görə, komitə Epşteynin cinayət şəbəkəsində iştirak edən şəxslərin tam dairəsini və bu cinayətlərin miqyasını müəyyənləşdirməyə çalışır.

Bu tələblə bağlı məktub 13 demokrat tərəfindən imzalanıb. Şahzadə Endrüyə məktuba 20 noyabra qədər cavab vermək tapşırılıb.

Qeyd edək ki, oktyabrın 30-da III Karl şahzadə Endrünü bütün titullardan və imtiyazlardan məhrum etmiş, onu kral rezidensiyasından çıxarmaq barədə də qərar vermişdi. Bu qərar Epşteynlə bağlı ittihamlar fonunda qəbul olunub.

Ayaz 

Oxşar Xəbərlər