Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Nyu-Dehlidə keçirilən görüş zamanı iki ölkə arasında yüksək və ali səviyyələrdə qarşıdakı təmasların qrafikini müzakirə ediblər.
32gun.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə aktual məsələlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 6 noyabr tarixində Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə gələn il bu ölkəni ziyarət etməyi planlaşdırdığını açıqlamışdı. Tramp Modini “dost” adlandıraraq Hindistana səfər etmək istədiyini qeyd etmişdi.
Bununla yanaşı, Tramp Hindistanın əsasən Rusiya nefti alışını dayandırdığını bildirmişdi. Lakin 5 noyabrda Hindistanın ONGC enerji şirkətinin rəhbəri Artur Kumar Sinq Hindistanın sanksiyalara məruz qalmayan treyderlər vasitəsilə Rusiya nefti almağa davam edəcəyini bəyan etmişdi.
Ayaz