DÜNYA

Qadın süni mayalanma klinikasını məhkəməyə verdi: müalicə zamanı insult keçirdi / Bu ölkədə

Britaniyada yaşayan iş qadını Navkiran Dillon-Birn süni mayalanma (EKO) müalicəsi zamanı insult keçirdikdən sonra Londonun ARGC adlı reproduktiv tibb və ginekologiya mərkəzini məhkəməyə verib.

32gun.az xəbər verir ki, bu barədə Daily Mail xəbər yayıb.

Məlumata görə, Dillon-Birn 2018-ci ildə EKO müalicəsinə başlayıb. O, 2014-cü ildən bəri uşaq sahibi olmağa çalışır, üç dəfə düşük etmişdi və tanışının tövsiyəsi ilə yüksək reytinqə malik ARGC klinikasını seçmişdi.

Klinikada ona hamilə qalma şansını artırmaq məqsədilə əlavə prosedur — damardaxili immunoqlobulin (IVIG) müalicəsi təklif olunub. Lakin terapiyadan on gün sonra qadın insult keçirib və görmə qabiliyyətində problemlər yaranıb.

Pasiyent iddia edir ki, məhz IVIG inyeksiyası insultun səbəbi olub və klinika ona bu risk barədə xəbərdarlıq etməyib, həmçinin müalicə üçün məlumatlı razılığını almayıb.

ARGC nümayəndələri isə ittihamları rədd edir və IVIG ilə insult arasında birbaşa əlaqənin sübut olunmadığını bildirirlər. Klinikaya görə, pasiyentə bütün risklər, o cümlədən estrogen səviyyəsinin yüksəlməsi ilə əlaqəli tromboz riski barədə məlumat verilib və o, müalicəyə razılıq göstərib.

Məhkəmə prosesi davam edir. Əgər Dillon-Birnin iddiası qəbul olunsa, insultun onun karyerasına ciddi təsirinə görə təzminatın məbləği milyonlarla funt sterlinq ola bilər.

Ayaz 

Oxşar Xəbərlər