Ötən həftəsonu ölkəyə zərbə endirən “Funq-Vonq" tayfunu istiqamətini dəyişərək Yaponiyanın cənubundakı Okinava adalarına tərəf hərəkət edir.
32gun.az xəbər verir ki, bu barədə Filippinlərin PAGASA meteorologiya bürosunun məlumat yayıb.
Hazırda tayfunun mərkəzində atmosfer təzyiqi 994 hektopaskal təşkil edir. Agentliyin məlumatına görə, küləyin sürəti saniyədə 23 metrə çatır, qasırğavari anlarda isə 35 metr/saniyəyə qədər yüksəlir.
Sinoptiklərin proqnozuna əsasən, siklon noyabrın 12-də Okinava adasının cənub sahillərinə yaxınlaşacaq və daha sonra onun şərq sahili boyunca hərəkət edəcək. Tayfun zamanı güclü yağışlar və şiddətli küləklər gözlənilir.
Yerlı sakinlərə dənizə çıxmamaq və ehtiyatlı olmaq tövsiyə edilir.
Xatırladaq ki, “Fung-Wong” adlı supertayfun noyabrın 9-da Filippinlərin şimal-şərq hissəsini vurmuşdu. Təhlükə səbəbindən əvvəlcədən 1,4 milyon nəfər, tayfun başladıqdansa daha bir milyon nəfər təxliyə edilib. Son məlumatlara görə, 25 nəfəri xilas etmək mümkün olmayıb.
Philippine News Agency-nin (PNA) bildirdiyinə görə, tayfun nəticəsində Filippinlərdə təxminən üç min ev elektrik enerjisiz qalıb.
Ayaz