Qudalarına yüksək vəzifə verən Zaur Mikayılovun kadrı bu şirkətlə müqavilə bağlaya bilər - 140 min manatlıq
Regional Su Meliorasiya Xidməti Dəhnə beton kanalının PK146+83-PK156+83 hissəsinin beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “AZMEK-LTK” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Xidmətin təmir işlərinə ayrılan qiymət 140.165,64 AZN təşkil edir.
Bildirək ki, şirkətin nizamnamə kapitalkı 30 manat, qnauni təmsilçisi ZABİT GÜLÜŞ ƏLİZAMİN OĞLUdur.
Qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.
Ayaz
Ayaz