DÜNYA ÖZ XƏBƏR

Moskvaətrafında özəl uşaq bağçasının tərbiyəçisi 3 yaşlı qıza qarşı seksual zorakılıqda ittiham olunur

Moskva vilayətində yerləşən özəl uşaq bağçasının tərbiyəçisi 3 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə şübhəli bilinir.

32gun.az bildirir ki, hadisə barədə mk.ru məlumat yayıb.

Məlumata görə, 49 yaşlı kişi həyat yoldaşı ilə birgə uşaq bağçası açıb və orada özü də tərbiyəçi kimi çalışır. Bir neçə gün əvvəl şübhəli şəxs pedofiliyada ittiham olunaraq saxlanılıb.

Uşaq bağçasından evə gətirilərkən qızcığazda isterika yaranıb. Valideynləri suallar verəndən sonra uşaq tərbiyəçinin onu intim orqanlarına toxunmağa məcbur etdiyini söyləyib. Qız daha sonra bu hadisəni üç dəfə psixoloqa da danışıb. İstintaqın versiyasına görə, kişi günorta yuxusu zamanı uşağı vanna otağına apararaq soyunub və porno film açıb.

Saxlanılan şəxs döyüş veteranıdır və iki yetkin övladı var. Onun ailə üzvləri ittihamları inandırıcı saymır, çünki indiyə qədər kişinin azyaşlılara qarşı hər hansı seksual maraq göstərmədiyini bildiriblər. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “seksual xarakterli zorakı hərəkətlər” maddəsi üzrə cinayət işi açılıb.

Nilay 

Oxşar Xəbərlər