DÜNYA ÖZ XƏBƏR

Tramp “BBC”-ni “solçu təbliğat maşını” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” tele-radio korporasiyasını “solçu təbliğat maşını” adlandırıb.

32gun.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinq zamanı məlumat verib.

“Prezident açıq şəkildə bildirib ki, ‘BBC’ solçu təbliğat maşınıdır və təəssüf ki, britaniyalı vergiödəyicilər tərəfindən maliyyələşdirilir. O, bu vəziyyəti Böyük Britaniya xalqı üçün təəssüf doğuran hal hesab edir”, – deyə Levitt bildirib.

Ağ Evin nümayəndəsinin sözlərinə görə, “BBC”yə qarşı məhkəmə iddiası da qaldırılıb. Levitt əlavə edib ki, Trampa qarşı guya saxtalaşdırılmış bəyanatlara görə şirkətin üzr istəyib-istəməməsi yalnız özündən asılı olacaq.

Xatırladaq ki, noyabrın 3-də Daily Telegraph qəzeti Trampın “Panorama” verilişindəki çıxışına diqqət çəkmişdi. Sözügedən verilişdə montaj edilən kadrlar elə təqdim olunub ki, guya Tramp Kapitoli binasında baş verən iğtişaşları təşviq edib.

Jurnalistlər Trampın çıxışının əvvəlində dediyi sözləri təxminən bir saat sonra söylədiyi fikirlərlə birləşdiriblər. Bunun nəticəsində tamaşaçılarda ABŞ liderinin tərəfdarlarını “sonadək mübarizəyə” səslədiyi təəssüratı yaranıb. Halbuki Tramp əslində onları “sülh və vətənpərvərlik ruhunda səslərini eşitdirməyə” çağırmışdı.

Noyabrın 9-da The Times yazıb ki, “BBC”-nin baş direktoru Tim Deyvi Trampın çıxışı ilə bağlı yaranan saxtalaşdırma qalmaqalından sonra istefa verib. Qəzetin məlumatına görə, bu qərar “şirkət üçün gərgin keçən bir həftədən sonra” qəbul edilib.

Nilay 

Oxşar Xəbərlər