ÖZ XƏBƏR

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün elan edilmiş satınalma ləğv edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tərəfindən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı (III mərhələ) işlərinin satın alınması müsabiqəsi ləğv edilib.

32gun.az xəbər verir ki,  ləğvin səbəbi, müsabiqəyə təklif verən malgöndərənlərin sayının qanunvericiliklə tələb olunan minimumdan az olmasıdır. Satınalma komissiyası bildirir ki, təqdim olunmuş təkliflərin sayı üçdən az olduğundan müsabiqənin tamamlanması mümkün olmayıb.

Ehtimal olunan qiymət 27.170.541,94 AZN təşkil edirdi. Satınalma komissiyasının ləğv protokolu məktubun əlavəsində təqdim edilib.

Ayaz

Oxşar Xəbərlər