ÖZ XƏBƏR

İpoteka və Kredit Zəmanət Fondu üçün yeni avtonəqliyyat vasitələri alınacaq

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Komfort və Biznes sinif tipli avtonəqliyyat vasitələrinin satın alınması üçün elan verib.

32gun.az xəbər verir ki, fond tərəfindən "AUTO AZƏRBAYCAN" MMC-dən 3 ədəd Komfort sinif avtomobili və 1 ədəd Biznes sinif avtomobilin alınması nəzərdə tutulub. Komfort sinif avtomobillər benzin/hibrid 1.6 litr mühərrikli, avtomatik sürət qutulu, qabaq təkər işləmə prinsiplidir, salonu dəri ilə təchiz olunub və 5 oturacaq, 4 zonalı kondisionerə malikdir. Biznes sinif avtomobil isə benzin/yumşaq hibrid 2.998 litr mühərrikli, avtomatik sürət qutulu, arxa təkər işləmə prinsiplidir, qara təbii dəri salonlu, 5 oturacaqlı və 4 zonalı kondisionerlidir.

Ehtimal olunan qiymət 647.100 AZN təşkil edir.

Ayaz

Oxşar Xəbərlər