ÖZ XƏBƏR

“İsgəndər” raketinin fraqmentləri Kiyevdə Azərbaycan səfirliyinin binasına düşdü

Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi raket hücumu zamanı “İsgəndər” tipli mərminin qalıqları Azərbaycan səfirliyinin binasına düşüb.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində paylaşım edib.

Zelenski bildirib ki, hücum zamanı təxminən 430 PUA və 18 raket – o cümlədən ballistik və aeroballistik növlər – istifadə olunub: “Yalnız Kiyevdə onlarla yaşayış binası zərər görüb. Hücum nəticəsində dörd nəfər həyatını itirib”.

Ayaz 

Oxşar Xəbərlər