ÖZ XƏBƏR
Beyləqan Su Meliorasiya İdarəsi 75 min manatlıq tenderinin qalibi 1 manatlıq şirkət oldu
Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün mal-materialların satın alınması məqsədilə tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Leads Group Supply” MMC olub və idarə ilə şirkət arasında 75.756 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.
"Leads Group Supply” MMC-nin qanuni təmsilçisi Əli Əhmədov Vidadi oğludur, şirkətin nizamnamə kapitalı isə cəmi 1 AZN təşkil edir.
Ayaz