DÜNYA ÖZ XƏBƏR

Zaxarova İtaliyanın müdafiə nazirinin Zelenskiyə minnətdarlığı ilə bağlı zarafat edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İtaliyanın müdafiə nazirinin Vladimir Zelenskiyə korrupsiya ilə mübarizəyə görə ünvanladığı təşəkkürü istehza ilə şərh edib.

32gun.az xəbər verir ki, Zaxarova bu barədə özünün Telegram kanalında yazıb.

“Kaş İtaliyanın müdafiə naziri biləydi ki, Zelenski narkomaniya ilə necə “mübarizə aparır”! Şəxsən doza-doza məhv edir”, — diplomatın paylaşımında deyilir.

Zaxarovanın reaksiyası Ukraynanın enerji sektorunda aparılan genişmiqyaslı xüsusi əməliyyatdan sonra gəlib. 10 noyabrda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) reydlər zamanı aşkar edilən valyuta ilə dolu çantaların fotolarını dərc edib.

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyakın məlumatına görə, axtarışlar sabiq energetika naziri və hazırkı ədliyyə naziri German Qaluşenko, “Enerqoatom” şirkətinin ofisləri, eləcə də Ukrayna prezidenti Vladimir Zelenskinin “cib adamı” kimi tanınan iş adamı Timur Mindıçın evində keçirilib.

13 noyabrda Zelenski energetika sahəsindəki korrupsiya qalmaqalı ilə bağlı Timur Mindıç və onun əsas maliyyə tərəfdaşı Aleksandr Zukerman haqqında sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Ayaz 

Oxşar Xəbərlər