DÜNYA ÖZ XƏBƏR

Almaniyalı turistdən 13 kiloqramlıq qızıl çıxdı – Dövlətə keçirildi

Pskov vilayətində gömrük əməkdaşları Rusiyadan Estoniyaya keçmək istəyən Almaniya vətəndaşının avtomobilindən 21 ədəd qızıl külçə aşkarlayıblar.

32gun.az xəbər verir ki, bu barədə regionun FSSP idarəsi məlumat yayıb.

Bildirilir ki, “Mercedes-Benz” markalı avtodoma baxış zamanı 59 yaşlı alman vətəndaşının 12 külçə qızılı avtomobilin çətin aşkarlanan gizli bölməsində, daha 9 külçəni isə şəxsi əşyalarının arasında — yol çantasında gizlətdiyi müəyyən edilib.

Külçələrin hamısının 99,9 faiz təmizlik dərəcəsinə malik olduğu, “Degussa Feingold” brendi ilə istehsal edildiyi və ümumi çəkisinin 13 kiloqramdan çox olduğu açıqlanıb. Ekspert qiymətləndirilməsinə görə, 21 külçənin dəyəri 108 milyon rubl təşkil edir. Qanunvericiliyə əsasən qızılın bəyan edilməli olduğu halda, alman vətəndaşı gömrük bəyannaməsində yalnız avtomobili göstərib.

Məhkəmənin qərarı ilə aşkarlanan qızıl dövlət nəfinə müsadirə olunub.

Bundan bir neçə saat əvvəl Şeremetyevo hava limanında daha bir xarici vətəndaş 1000-dən çox zinət əşyasını qeyri-qanuni şəkildə ölkəyə keçirməyə cəhd edərkən saxlanılıb. O, guya həmin zinət əşyalarını dostlarına hədiyyə gətirdiyini

Nilay 

Oxşar Xəbərlər