ÖZ XƏBƏR

Azərbaycan Memarlıq və İnşaat Universitetinin qapı və pəncərə təmiri baş tutmadı

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1 saylı tədris korpusunda qapı və pəncərələrin cari təmiri məqsədilə elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki,  tenderin ləğv olunma səbəbi kimi bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Təmir işləri çərçivəsində izosistem pəncərələrin dəst və petlələrinin dəyişdirilməsi, şüşə saxlayanlarının və paket şüşələrinin yenilənməsi, məhdudlaşdırıcı və rezin hissələrin dəyişdirilməsi, qapıların kilidlərinin və sınmış, zədələnmiş qapıların bərpası işləri nəzərdə tutulmuşdu. Tenderin ehtimal olunan qiyməti 49 797,77 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər