ÖZ XƏBƏR

Abşeronda 263 minlik küçə işıqlandırma avadanlığı alınır

Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisindəki küçə işıqlandırma sistemləri üçün elektrik avadanlıqları və materialların satın alınması ilə bağlı prosesə start verib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 263 623,08 AZN təşkil edir.

Layihə çərçivəsində müxtəlif hündürlüklərdə — 6, 7, 8 və 9 metr ölçülü qalvanizlənmiş konusvari işıq dirəklərinin quraşdırılması, LED texnologiyalı 60, 90, 120 və 160 vat gücündə işıqlandırıcı plafonların alınması, kabel xətləri üçün polietilen boruların təmin edilməsi və NAYY tipli 5x16 mm alüminium elektrik naqillərinin çəkilməsi nəzərdə tutulur. Bununla yanaşı, fotorele tipli işıq sensorlarının quraşdırılması, müxtəlif güclü avtomat açarların və maqnit işə salıcıların alınması planlaşdırılır. Satınalma həmçinin küçə işıqlandırmasının stabil və təhlükəsiz işləməsini təmin edən aksesuar və enerji paylayıcı komponentlərin yenilənməsini də əhatə edir.

Ayaz

Oxşar Xəbərlər