ÖZ XƏBƏR

Naxçıvan Sukanal İdarəsi 275 minlik dəmir-beton məhsulları alır

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvan şəhər Sukanal İdarəsi üçün dəmir-beton məmulatların satın alınması üzrə yeni layihə həyata keçirir.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 275 674,55 AZN təşkil edir.

Layihə çərçivəsində müxtəlif ölçülərdə həlqə və dabanaltı dəmir-beton məhsullarının, həmçinin 3200x2000x200 mm və 1800x1800x250 mm ölçülü plitələrin alınması nəzərdə tutulur. Bundan əlavə, 1000 mm diametrli və 500–1000 mm hündürlüklü həlqə məmulatlarının təmin edilməsi də planlaşdırılır və su infrastrukturu üçün lazım olan digər dəmir-beton komponentlər layihəyə daxil edilir.

Ayaz

Oxşar Xəbərlər