ÖZ XƏBƏR

Əmək Məcəlləsinə dəyişiklik: məsafədən iş üçün yeni şərtlər müəyyənləşir

Məsafədən (distant) iş rejimində əmək funksiyalarının icrası ilə bağlı əlavə əmək şəraiti tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsində müəyyən olunacaq.

“32gun.az” bildirir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb.

Təklif olunan dəyişikliklərə görə, işəgötürənin təqdim etdiyi xammal və avadanlıqlardan istifadə etməklə öz evində və ya məsafədən işləyən şəxslərə də Məcəllənin tələbləri tətbiq olunacaq.

Əmək funksiyasının müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerindən kənarda, elektron, proqram-texniki və telekommunikasiya vasitələri kimi məsafədən işləməyə imkan verən texnologiyalar vasitəsilə həyata keçirilməsi distant iş forması kimi qiymətləndiriləcək.

Ayaz 

Oxşar Xəbərlər