ÖZ XƏBƏR
“Caspian Engineering Solutions” MMC-nin 490 min manatı ötdü
“Caspian Engineering Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu artaraq 490 min manatı ötüb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin 494092.81 AZN manat məbləğində vergi borcu mövcuddur.
Şirkətin qanuni təmsilçisi, direktoru Camaləddin Əliyev Ağamirzə oğludur.
Şirkətin rəsmi internet saytında qeyd olunub ki, şirkət Azərbaycanda sənaye sahəsində Yoxlama, Sınaq, Laboratoriya, Təmir, Tikinti, Quraşdırma, Sənaye Təmizliyi və İdarəolunan Təzyiqli Qazma (MPD) xidmətləri üzrə qabaqcıl texniki həllər təqdim edir.
Nilay