ÖZ XƏBƏR

Kişi arvadı və sevgilisi hamilə olduğunu öyrəndi - bir neçə yerdə yanğın törətdi

Leypsiqdə 36 yaşlı Kevin adlı kişi bir sıra qəsdən yanğınlara görə məhkəmə tərəfindən təqsirli bilinib.

32gun.az Bild" nəşrinə istinadən xəbər verir ki, o, bu addımı arvadı və sevgilisinin eyni vaxtda hamilə olduğunu öyrəndikdən sonra atıb.

Məhkəmənin məlumatına görə, yanğınların motivi birbaşa olaraq təqsirləndirilən şəxsin şəxsi həyatı ilə bağlı olub. Kevin eyni anda həm arvadının, həm də “əsas qadın” olmaq istəyən sevgilisinin hamilə qalması ilə çətin vəziyyətə düşüb. Hakim Katrin Saydelin sözlərinə görə, bu vəziyyət kişidə ciddi psixoloji təzyiq yaradıb. Məhkəmə onun hərəkətlərini “hiss etdiyi gərginliyi boşaltmaq üçün bir çıxış yolu” kimi qiymətləndirib.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxs artan emosional stres altında olub və vəziyyətlə bacara bilməyib. Kevin isə məhkəmə prosesi boyunca susqunluğunu qoruyub.

Keçmişdə yanğınsöndürən kimi çalışan Kevin səhhətinə görə vaxtından əvvəl təqaüdə çıxıb. Məhkəmə onu üç il doqquz ay müddətinə azadlıqdan məhrum edib.

Ayaz 

Oxşar Xəbərlər