ÖZ XƏBƏR
Sumqayıtda 140 min manatlıq yol xətlərinin çəkilir, səki daşları rənglənir
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhər ərazisində küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi, eləcə də yol səki daşlarının yuyularaq rənglənməsi işlərinin satınalınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “DREAM Construction Company” MMC olub.
Şirkətin təqdim etdiyi təklifin qiyməti 140.188,25 AZN təşkil edir.
Ayaz