ÖZ XƏBƏR
Kürdəmir Psixiatriya Xəstəxanası 87 minlik mühafizə xidməti alır
Kürdəmir Rayon Psixiatriya Xəstəxanası mühafizə xidmətinin satınalınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 87.438 manat təşkil edir.
Texniki tapşırığa əsasən, obyektin təhlükəsizliyi üçün 2 post üzrə 24 saat fasiləsiz mühafizə xidməti tələb olunur. Xidmətin göstərilmə müddəti 11 ay olaraq müəyyən edilib.
Hazırda satınalma proseduru üzrə sənədləşmə prosesi davam edir.
Ayaz