ÖZ XƏBƏR
Enerji Agentliyi 16 minlik infrastruktur texniki dəstək xidməti üçün müqavilə bağladı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi infrastruktur avadanlıqlarına texniki dəstək xidmətlərinin satın alınması üzrə “Rabalon” MMC ilə müqavilə imzalayıb.
32gun.az xəbər verir ki, müqavilənin məbləği 16.217,66 AZN təşkil edir və xidmətlərə aşağıdakılar daxildir:
-
HPE Foundation Care NBD Exchange – 1 illik texniki dəstək, Covered Equipment List üzrə.
-
HPE 1 Year Tech Care Essential ML350 Post Warranty Service – 1 illik texniki xidmət.
Müqavilə avadanlıqların fasiləsiz işləməsi və texniki dəstəyin təminatı məqsədilə həyata keçirilir.
Ayaz