HADİSƏ
Dəhşətli QƏTL: Bacısına görə yeznəsini güllələdi
Qayın yeznəsini odlu silahla qətlə yetirib.
"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qaziantepin Nurdağı rayonunda baş verib. İddialara görə, 48 yaşlı Əbdürrəhman A. qaynı Əkrəm Kurtla bacısına qarşı pis rəftar etdiyi səbəbi ilə mübahisə edib. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib. Dava zamanı ov tüfəngini götürən Əbdürrəhman A. yeznəsi Əkrəm Kurtu başından güllələyib.
Ağır yaralanan Əkrəm Kurt qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra qaçan Əbdurrəhman A. polis polis əməkdaşları tərəfindən saxlanılıb.