DÜNYA

Ukraynanı çətin günlər gözləyir: Rusların qorxunc TAKTİKASI

Rusiya Donbassda hücum əməliyyatı keçirir.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib: 

Onun sözlərinə görə, növbəti bir neçə gün və ya həftələr olduqca çətin ola bilər, onlar müharibənin sonrakı gedişatını müəyyən edəcəklər. Rus qüvvələri Kramatorsk və Slavyansk istiqamətində sıçrayış etməyə çalışır. Popasnaya, Severodonetsk, Lisiçansk, Rubejnoye və Mariupol şəhərləri üçün aktiv döyüşlər davam edir. Onlar, hələ də mayın 9-na qədər "qələbə" əldə etmək üçün "blitzkriq" həyata keçirə biləcəklərinə inanırlar.

Rəsminin sözlərinə görə, əsas döyüşlər bu şəhərlərdə baş verəcək. Çətin günlərə hazırlaşmalıyıq. İşğalçılar "blitzkriq" (sürətli qələbə qazanmaq üçün gərgin hərbi kampaniya) ssenarisini həyata keçirə biləcəklərinə inanırlar.

Vadim Denisenko onu da vurğulayıb ki, işğalçılar öz qoşunları tərəfindən işğal olunmuş ərazilərdə də qondarma “referendumlar” təşkil etməyə çalışırlar. Bu cür tədbirlər ən azı müəyyən qədər “qələbə” göstərmək istəyən rus seçicilərinə yönəlib.

Məhz buna görə də “referendum” iş gününə - aprelin 27-nə təyin edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər