HADİSƏ

Sumqayıtdakı dəhşətli yanğınla bağlı Nazirlik məlumat yaydı - Helikopterlər havaya qalxdı (VİDEO+YENİLƏNİB)

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın davam edir.

32gun.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə 2 helikopter cəlb edilib.

18:24

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 32gun.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Oxşar Xəbərlər