HADİSƏ
"Azərsun Sənaye Parkı"nda YANĞIN - VİDEO - YENİLƏNİB
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın davam edir.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə 2 helikopter cəlb edilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən 32gun.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
