HADİSƏ
Azərbaycanda özünü binadan atan məktəbli KİŞİNİN BAŞINA DÜŞDÜ (VİDEO+YENİLƏNİB)
Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.
32gun.az xəbər verir ki, görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Sürətlə yerə doğru gələn qızı kişi tutmaq istəsə də nəticədə özü də ağır bədən xəsarətləri alıb. Qız isə hadisə yerindəcə ölüb.
*** 13:45
Bakıda məktəbli intihar edib.
32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.