HADİSƏ

Azərbaycanda azyaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.

32gun.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin V.Abdullayev küçəsi, ev 6, mənzil 46 ünvanında qeydə alınıb.

Belə ki, Bakıdan nənəsigilə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər