HADİSƏ
Küçədə qıza sataşan üç nəfəri bıçaqladılar
İstanbulda gənc qız 3 nəfərin təcavüzünə məruz qalıb.
"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Esenyurt məhəlləsində 3 nəfər şəxs yolda gedən gənc qıza təcavüz etməyə çalışıb.
Bu vəziyyəti görən məhəllə sakinləri ilə həmin şəxsər arasında mübahisə baş verib. Mübahisə zamanı təcavüz etməkdə şübhəli bilinən şəxslərdən 2 nəfər bıçaqlanıb. Hadisə yerinə polis və təcili tibbi yardım həkimləri gəlib.
Xəstəxanaya çatdırlan hər iki şəxs əməliyyat olunub.
Polis hadisəni törədən şəxsləri saxladığını və araşdırmaların davam etdirildiyini bildirib.