DÜNYA
TƏCİLİ! ABŞ ordusu Rumıniyaya daxil olur - Buna görə
Rumıniya prezidenti ABŞ ordusunun ölkəyə daxil olmasına icazə verib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Klaus İohannis bu barədə parlamentə məlumat verib:
"Rumıniyaya Amerikanın Stryker batalyonu göndəriləcək. O, NATO-nun müdafiə sahəsində tapşırıqlarını yerinə yetirəcək".
Yerli mətbuata danışan Klaus İohannis F-35 qırıcı eskadrilyasının gəlişini gözlədiyini də əlavə edib.
Rumıniya liderinin məktubunda qeyd edildiyi kimi, qərar “Rusiyanın Ukrayna yaxınlığında və Qara dəniz regionunda hərbi mövcudluğunun kütləvi şəkildə gücləndirilməsi” ilə bağlıdır.
Nurlan Şiraliyev