HADİSƏ
İstirahət mərkəzində yanğın: Xəsarət alan var
Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzində yanğın olub.
Bu barədə 32gun.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mərkəzin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.