Bakıdakı güclü yanğın söndürüldü (VİDEOLAR/FOTOLAR)
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.
32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, qalan hissənin soyutma işləri davam etdirilir.
Nurlan Şiraliyev
15:18
Xəbər verdiyimiz kimi, Ulduz metrosu yaxınlığında yerləşən sexlərin birində güclü yanğın başlayıb.
32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yanğının söndürülməsi üçün havaya 2 helikopter qaldırılıb.
Bir müddət öncə söndürüldüyü deyilən yanğın yenidən alovlandığı üçün helikopterlərlə söndürülmə işləri davam etdirilib.
Nurlan Şiraliyev

***13:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.
32gun.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
