Türkiyə bu prosesi ƏNGƏLLƏYİB - Ərdoğandan sərt AÇIQLAMA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
32gun.az Anadolu-ya istinadən xəbər verir ki, Ərdoğan Makrona Stokholm və Helsinkinin Türkiyədə qadağan olunmuş PKK ilə əlaqəli şəxslər və ya qurumlarla əlaqələrinin olduğunu və bunların NATO-nun ruhuna zidd olduğunu bildirib.
Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda NATO-nun baş katibi Yens Stoltenberqə alyansa qoşulmaq üçün ərizə verib. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə prezidenti deyib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, ölkənin İsveç və Finlandiya ilə bu ölkələrin terrora dəstəyini dayandırması üçün “konkret addım atması” ilə bağlı “yazılı razılaşmaya ehtiyacı var”.
Nurlan Şiraliyev