DÜNYA

Benzinin qiyməti kəllə-çarxa QALXDI

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.

32gun.az xəbər verir ki , bu barədə TASS Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırkı prezident Co Bayden vəzifəyə gələndən yanacağın qiyməti qalxıb.

İyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə – keçən il yanvarın sonunda bu rəqəm 2,39 dollar olub.APA

Oxşar Xəbərlər