SOSIAL

TƏCİLİ! Bu şəxsi görənlər polisə müraciət etsin - Özünü mağaza müdiri kimi təqdim edib... (VİDEO)

Bakıda qəribə hadisə baş verib. 

32gun.az-ın məlumatına görə, özünü qonşu mağazanın sahibi kimi təqdim edən şəxs paltar satılan mağazadan 85 manat borc pul götürüüb. O bildirib ki, 3-4 saata həmin pulu qaytaracaq. 

Mağaza sahibi borc verdiyi pulu almaq üçün qonşu mağazaya gedib. Elə hər şeyin üstü burada açılıb. Məlum olub həmin şəxs oğrudur, ətrafdakı bir neçə mağazada bu əməli törədib. 

Hər iki mağaza sahibi təhlükəsizlik kamerasına əks olunan görüntüləri paylaşaraq bildirib ki, polisə müraciət edəcəklər. 

Jalə 

Oxşar Xəbərlər