HADİSƏ

Azərbaycanda 11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə ÖLDÜ - ANBAAN VİDEO

Lənkəranda piyadanın vurulması ilə nəticələnən dəhşətli qəza baş verib.

32gun.az xəbər verir ki, avtomobil yolu keçməyə çalışan 5 yaşlı uşağı vuraraq öldürüb.

Hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib. Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də dünyasını dəyişib.

Qeyd edək ki, S.Hüseynov 11 il sonra doğulan evin tək uşağı olub.

Oxşar Xəbərlər