SİYASƏT
"Birinci Ermənistan-Azərbaycan müharibəsində 3 890 nəfər itkin düşüb" - Azərbaycan prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında birinci Ermənistan-Azərbaycan müharibəsindən 3 890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib.
32gun.az xəbər verir ki, Azərbaycan Prezidenti Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkib.