MƏDƏNİYYƏT - ŞOU
Tanınmış azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi - FOTOLAR
Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib.
32gun.az xəbər verir ki, sənətçinin meneceri Paşa shownews-a bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:
"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".