İlham Əliyevin Şarl Mişel və Nikol Paşinyanla görüşü olub -YENİLƏNİB
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
32gun.az bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
15:18
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.
32gun.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
***
09:09
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
32gun.az xəbər verir ki, üçtərəfli görüş Brüsseldə baş tutacaq.
Ötən həftə Şuşada mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.