SİYASƏT
Ceyhun Bayramov İspaniyaya getdi
6 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb.
XİN-dən 32gun.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.