SİYASƏT

Kəlbəcərdə SON VƏZİYYƏT: Mövqelərimiz atəşə tutulur (YENİLƏNİB)

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

32gun.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

*** 13:49

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə 32gun.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.

Oxşar Xəbərlər