SİYASƏT
Azərbaycanla bu ölkə arasında viza aradan qaldırılır
Azərbaycanla Kamboca arasında viza tələbi aradan qaldırır.
32gun.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. /Report