SOSIAL
Qarabağda nə baş verir? - Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI
Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.
Bu barədə 32gun.az-a Müdafiə Nazilriyindən verilən məlumatda bildirilir.
Qeyd olunub ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.