SİYASƏT
Ermənistanın yaydığı bu məlumat YALANDIR
Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.
Bu barədə 32gun.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatı qəti surətdə təkzib edirik.