SİYASƏT

Prezident Aydın Kərimovu yüksək vəzifəyə TƏYİN ETDİ

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

32gun.az xəbər verir ki, sərəncamla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

 Müşahidə Şurasının sədri

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

 Müşahidə Şurasının üzvləri

 Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

 Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

 Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

 Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar Xəbərlər