SİYASƏT
Ərsin Tatar Azərbaycan xalqını təbrik etdi
Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
32gun.az xəbər verir ki, Tatar bununla bağlı tviter hesabında paylaşım edib.
“İşğal altındakı torpaqlarını qəhrəmancasına mübarizə apararaq azad edən Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm”, - paylaşımda qeyd olunub.