SİYASƏT

İlham Əliyev Albaniyanın Baş naziri ilə GÖRÜŞDÜ - YENİLƏNİB (FOTO)

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

32gun.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

xxx

18:47

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

32gun.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

*** 14:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gəlib.

32gun.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.

Oxşar Xəbərlər